YAP niyə şanslı namizədini geri çəkdi

24-10-2015, 10:33           
YAP niyə şanslı namizədini geri çəkdi
Yeni Azərbaycan Partiyası 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən irəli sürdüyü namizədini geri çəkib. Axar.az xəbər verir ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini, YAP-ın 17 saylı Seçki Dairəsindən olan namizədi Lalə Əhmədovanın adı artıq Mərkəzi Seçki Komissiyasının siyahısında yoxdur. Lalə Əhmədova həmin dairənin favoriti hesab edilirdi. Qeyd edək ki, şəxsin namizədliyini geri götürmək barədə qərarı rəsmiləşəndə Mərkəzi Seçki Komissiyasının saytından namizədin adı da çıxarılır. MSK-nın ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Axar.az-a bildirib ki, rəsmi saytda nə göstərilibsə, elədir. Hazırda sözügedən dairədə artıq YAP öz namizədi ilə mübarizə aparmayacaq. Seçki rəqabəti Şahin Abbasov (VİP), Mehriban Abdullayeva (BDU-nun pasport qeydiyyatçısı), Elşad Həsənov (hüquqşünas, bitərəf), Dünyamalı İmaməliyev (BAXCP), Cavad Quliyev (işsiz) və jurnalist İlhamiyyə Rzayeva arasında gedəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru