Fəzail Ağamalı: “Təbii qaza tətbiq edilən limit ləğv edilsin”

15-03-2019, 13:36           
Fəzail Ağamalı: “Təbii qaza tətbiq edilən limit ləğv edilsin”
Deputat əhaliyə təbii qazdan istifadəyə görə tətbiq edilən limitin aradan qaldırlmasını təklif edib.
“Ölkə.Az” xəbər verir ki, belə bir təkliflə deputat Fəzail Ağamalı parlamentdə hökumətin hesabtının müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, əhali arasında qaz limitinin az olmasından ciddi narazıçılıqlara səbəb olur:

“Təklif edirəm ki, hökumət əhalinin bu narahatçılığını nəzərə alıb, istifadəçilərin təbii qaza tətbiq edilən limitin aradan qaldırılması və ya dəyişdirilməsi ilə bağlı məsələyə Tarif Şurası tərəfindən baxılsın. Digər ölkələrdə müxtəlif formalar var. Məsələn, gecə və gündüz. Yəni gecə bir qiymət, gündüz isə fərqli qiymət tətbiq olunur. Ümumiyyətlə bu narahatedəici məsələ həllini tapmalıdır və hökumət gələcək fəaliyyətində bunu nəzərə almalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.