Zaxarova erməni jurnalisti yerində oturtdu: - "Məni qorxutmayın"

15-03-2019, 19:10           
Zaxarova erməni jurnalisti yerində oturtdu: - "Məni qorxutmayın"
Erməni jurnalistin Rusiya Xarici İşlər Nazirliyində keçirilən brifinqində verdiyi suala nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova fərqli reaksiya verib.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ermənistan mediasını təmsil edən jurnalist Dağlıq Qarabağda qondarma qurumun keçirdiyi “təhlükəsizlik şurası”nın iclasında özünü katib adlandıran şəxsin üçtərəfli sazişin imzalanması təklifi ilə çıxış etməsinə Rusiya XİN-nin münasibətini soruşub. M.Zaxarova erməni jurnalist məlum sualı səsləndirərkən "məni qorxutmayın" deyərək reaksiya verib. Daha sonra o, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirak edib-etməməsinin mümkünlüyü barədə suala artıq cavab verdiyini və Rusiyanın bu mövqeyinin sualda qaldırılan məsələyə də aid olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru