Azər Kərimli Heydər Əliyevin portretinə niyə dözümsüz olub? - FOTOFAKT

27-10-2015, 20:42           
Azər Kərimli Heydər Əliyevin portretinə niyə dözümsüz olub? - FOTOFAKT
112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimli seçicilərlə görüşündə ölkə başçısı İlham Əliyev və Ulu Öndər Heydər Əliyevin portretlərinin sökülməsi barədə tapşırıq verib. Belə ki, 27 oktyabr tarixində Qax rayonu Güllük kənd orta məktəbində keçirilən görüşdə Azər Kərimli ölkə başçısı və Ulu Öndərin divardan asılmış portretlərinin sökülməsi barədə göstəriş verib. Azər Kərimlinin köməkçiləri görüşə 15 dəqiqə qalmış divardakı portretləri söküb və bundan sonra Azər Kərimli zala daxil olub.

Qeyd edək ki, təqribən bir həftə əvvəl həmin məktəbdə görüş keçirən digər deputatlığa namizəd Əhməd Şahidovun seçicilərlə görüşündə ölkə başçısı və Ulu Öndərin portretləri divardan asılı vəziyyətdə idi. Həm ölkə rəhbərliyinə, həm də seçicilərinə hörmət əlaməti olaraq, gənc deputatlığa namizəd bütün görüş boyu ayaq üstə dayanmış və sakinlərin şikayətlərini dinləmişdi.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.