“Ramin Hacılı bir həftəyə qayıdacaq” - Həyat yoldaşı

27-10-2015, 20:48           
“Ramin Hacılı bir həftəyə qayıdacaq” - Həyat yoldaşı
Bu gün Ramin Hacılı haqqında yazılanlar yalan və böhtandır. Ayıbdır".

Lent.az-ın moderator.az-a istinadən xəbərinə görə, bunu Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə bildirib.

Aysel Əlizadə deyib ki, Ramin Hacılının kimisə aldatdığını iddia edənlər konkret ad, soyad yazsınlar: "Şikayət edəni ağıllı sayt H.X. kimi verib. H.X. adında adam olur? Adını, soyadını, kimliyini yazsın".

Aysel Əlizadə bildirib ki, Ramin Hacılı bir həftəyə Azərbaycana qayıdacaq: "Yüz dənə işi var. Necə gedibsə, heç mənim də xəbərim olmayıb. Olsaydı, polisə məlumat verməzdim".

Xatırladaq ki, bu gün mətbuatda Ramin Hacılının bir nəfəri aldadaraq 18 min manat pulunu aldığı barədə məlumat yayılıb.

Qeyd edək ki, Ramin Hacılı iki gün öncə qəfildən, heç kimin xəbəri olmadan ölkəni tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru