Ramin Hacılı tapıldı - "Adamın başına iş gələr. "

27-10-2015, 22:16           

Cənubi azərbaycanlılar tərəfindən dələduzluqda suçlanan Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı barəsindəki ittihamlara cavab verib.

Strateq.az xəbər verir ki, o, "Facebook" səhifəsində heç yerə qaçmadığını, döndükdən sonra isə məhkəməyə müraciət edəcəyini deyib:

"Dostlar, mən, heç yerə qaçmamışam. Ayın ikisi Bakıda olacam. Ciddi problem səbəbindən Türkiyədəyəm. İki gün yolda oldum. Kiməsə xəbər edə bilmədim. Yaxşı oldu, dost və düşmən kəsilən bilindi, kiməsə borcum yoxdur. İş görürəm və bu əsnada alınmayan işlərə görə qaytaracaqlar var və onlar da bir həftə gözləyəcək. Gəlib həll edəcəm. Bir qrupun iddia etdiyi kimi külli miqdarda borcum yoxdur. Gəlincə məhkəməyə müraciət edəcəm və həqiqəti ortaya çıxaracam. Fürsətçilik etməyin. Adamın başına iş gələr. Lütfən bir həftə gözləyin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.