ABŞ nüvə proqramı üzrə İranla əməkdaşlığa görə sanksiyaları genişləndirib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinin jurnalistlərə məlumatına görə, 14 fiziki və 17 hüquqi şəxs sanksiyalar siyahısına daxil edilib.
ABŞ-ın fikrincə, onlar keçmişdə İrana nüvə silahını hazırlamağa kömək edirdilər.