Bakı Kremlə Paşinyanın adamıyla bağlı məxfi sənəd verdi

27-03-2019, 07:38           
Bakı Kremlə Paşinyanın adamıyla bağlı məxfi sənəd verdi
Azərbaycan hakimiyyəti Kremlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan haqqında “ağıryüklü qovluq” verib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistanın “Qraparak” qəzeti özünün Moskvadakı mənbələrinə istinadən yayıb. Məlumata görə, təqdim edilən qovluqda Qriqoryanın Təhlükəsizlik Şurasının katibi olmazdan əvvəl iştirak etdiyi, eləcə də təşkil etdiyi bütün antirusiya və antiputin tədbirləri yer alıb.

Erməni mətbuatının iddiasına görə, guya Azərbaycan hakimiyyəti bununla Qriqoryanın hələ də rusofob olduğunu və Ermənistanın onun sayəsində hələ də antirusiya siyasətini davam etdirdiyini Kremlə sübut etmək istəyib.

Qeyd edək ki, Qriqoryan Soros Fondu ilə çox yaxın əlaqələri olan şəxs sayılır. Paşinyan hakimiyyətə gəldikdən sonra məhz o, dəfələrlə Rusiya mətbuatı və deputatlarının Ermənistana qarşı tənqidlərində istifadə etdikləri əsas alət olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru