Yəhudi politoloqun İrəvana çağırışı təxribatdır, yoxsa? - GƏLİŞMƏ

27-03-2019, 11:43           
Yəhudi politoloqun İrəvana çağırışı təxribatdır, yoxsa? - GƏLİŞMƏ
Ermənistan Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımalıdır, bu, Qarabağın suverenliyinin beynəlxalq səviyyədə tanınmasına kömək edəcək.

Axar.az xəbər verir ki, bu barədə İsrail politoluqu Aviqdor Eskin danışıb.

Eskinin fikrincə, Qolan yüksəkliklərinin tanınması Ermənistana Qarabağ üçün yeni status tələb etmək imkanı yaradacaq.

Politoloq Trampın qərarını müəyyən ölkələrin təhlükəsizliyi ilə bağlı baş verən hadisələrin (hərbi plan daxil olmaqla) nəticəsində yaranan sərhədlərin tanınmasına əsaslanan beynəlxalq siyasi təfəkkürün yeni bir yanaşması olduğunu qeyd edib:

“Beynəlxalq siyasi fikirdəki bu yeni istiqamətin hansısa yolla benefitsiarı olmaq üçün Ermənistan Trampın ardınca Qolan yüksəkliklərini tanımalıdır. Sonradan isə Qarabağ üçün xüsusi status (ancaq ayrıca muxtar bölgə kimi yox, Ermənistanın bir hissəsi kimi) tələb etmək lazımdır”.

Qeyd edək ki, israilli politoloqun bu “çağırışı” Ermənistanda bəzi siyasilərin narahatlığına səbəb olub. Onlar bu çağırışda əslində israilli politoloqun Qolan təpələri kimi, Dağlıq Qarabağın da faktiki olaraq işğal edildiyinə diqqət çəkdiyini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru