Pompeo: Rusiya ABŞ-da keçirilən 4 seçkiyə müdaxilə edib

28-03-2019, 07:45           
Pompeo: Rusiya ABŞ-da keçirilən 4 seçkiyə müdaxilə edib
Rusiya təkcə 2016-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməyib. "Report" xəbər verir ki, bu cür bəyanatla ABŞ dövlət katibi Mayk Pompeo çıxış edib. Onun sözlərinə görə, rəsmi Moskva ABŞ-da 2012, 2008 və 2004-cü ildə keçirilən seçkilərə də müdaxilə edib.

Qeyd edək ki, ABŞ-ın xüsusi prokuroru Robert Müller Rusiyanın Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə müdaxiləsinə dair araşdırmanı başa çatdırıb və ABŞ-ın Ədliyyə Nazirliyinə təqdim edib. Robert Müller rəsmi Moskva ilə Donald Trampın seçki qərargahı arasında sözləşmənin olmadığını təsdiq edib.

Hesabatda qeyd olunub ki, araşdırma Trampın seçki kampaniyası iştirakçılarının Rusiya ilə sözləşməyə girməsi və ya müdaxilə üzrə hərəkətləri əlaqələndirməsini aşkar etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru