Konqresdən Trampa zərbə: Təklif qəbul edilmədi

28-03-2019, 08:19           
Konqresdən Trampa zərbə: Təklif qəbul edilmədi
ABŞ Konqresində demokratlar və respublikaçılar prezident Donald Trampın diplomatiya və xarici yardım sahəsinə ayrılan büdcənin azaldılması barədə təklifini qəbul etməyib. Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, konqresmenlər təklifi milli təhlükəsizlik üçün təhlükəli hesab ediblər.
Respublikaçı konqresmen, Dövlət Departamentinin xərclərinə nəzarət edən Hel Rocers ABŞ prezidenti Donald Trampın Dövlət Departamentinin büdcəsinin təxminən 11- 40 milyard dollarlıq azaldılmasını nəzərdə tutan təklifindən məyus olduğunu açıqlayıb. H. Rocers bildirib ki, diplomatiya və xarici yardım sahəsinə ayrılan vəsait milli təhlükəsizliyinin əsas komponentidir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp diplomatiya və xarici yardım sahəsində büdcəyə 28 faizlik kəsir tətbiq etmək istəyir. Buna isə Birləşmiş Millətlər Təşkilatı və onun idarələrinə də maliyyə dəsətyinin azaldılması da daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru