Paşinyan Əliyevlə görüş barədə: “Normal keçdi”

29-03-2019, 22:19           
Paşinyan Əliyevlə görüş barədə: “Normal keçdi”
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Vyanadakı görüşü normal keçib.

Cebhe.info xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bu gün baş tutan görüşlə bağlı danışarkən deyib.

Paşinyan maşına əyləşdiyi əsnada ona ünvanlanan "Görüş necə keçdi?" sualına cavabında "Görüş normal keçdi" cavabını verib.

Xatırladaq ki, görüş yerli vaxtla 11 radələrində başlayıb. Tərəflər təkbətək görüşüb. Həmçinin iki ölkə XİN rəhbəri və ATƏT Minsk qrupunu həmsədrlərinin iştirakı ilə Qarabağ münaqişəsi müzakirə olunub. Bu, Əliyev və Paşinyanın 4-cü görüşüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru