ABŞ-ın ÖLDÜRÜCÜ STRATEGİYASI geri qayıdır: qəfil və gözlənilmədən Rusiya...

30-03-2019, 08:50           
ABŞ-ın ÖLDÜRÜCÜ STRATEGİYASI geri qayıdır: qəfil və gözlənilmədən Rusiya...
Vaşinqton “soyuq müharibə” dövründə tətbiq edilmiş strategiyaya qayıdır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nəşri olan “Stars and Stripes” yazıb.

Söhbət Amerika qoşunlarının Avropada qəfil genişləndirilməsi strategiyasından gedir. “Stars and Stripes” nümunə olaraq mart ayının ortalarında Texasdan ABŞ ordusunun piyada batalyonunun qəfildən Polşaya göndərilməsini göstərir.

“İlkin xəbərdarlıq olmadan Amerika bölmələrinin səfərbərliyi Sovet İttifaqı ilə qarşıdurmanın əsas xüsusiyyəti idi. Bu, müntəzəm əsasda müşahidə olunacaq. Bu, yerindən asılı olmayaraq istənilən rəqibimiz üçün gözlənilməz olacaq”, - nəşr general-mayor Con Qronskidən sitat gətirib.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Mixail Popov Müdafiə Nazirliyinin “Qırmızı ulduz” qəzetinə müsahibəsində bildirib ki, NATO Rusiya sərhədinə qoşunları cəlb edir. Həmçinin onun sözlərinə görə, NATO “soyuq müharibə” zamanı yaradılmış və qoşunların ABŞ-la Kanadadan Avropaya göndərilməsini nəzərdə tutan sistemi canlandırır. Popov qeyd edib ki, Amerikanın təşəbbüsü 30 gün ərzində blok ölkələrinin 30 mexanikləşdirilmiş batalyonu, 30 aviasiya eskadrilyası və 30 hərbi gəmisinin tətbiqini nəzərdə tutur. O əlavə edib ki, iki il ərzində ittifaqın sürətli reaksiya göstərmə üzrə kontingentinin sayı 25 mindən 40 min hərbçiyə qədər artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.