TONOYAN VYANA GÖRÜŞÜNÜN ÜSTÜNDƏN QARA XƏTT ÇƏKDİ

30-03-2019, 22:02           
TONOYAN VYANA GÖRÜŞÜNÜN ÜSTÜNDƏN QARA XƏTT ÇƏKDİ
Vyanada Ilham Əliyevlə görüşün nəticələrini pozitiv adlandıran Ermənistanın baş naziri Nikol Paşinyanın bu sözlərindən dərhal sonra Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirdi. Bununla da Vyana görüşünün üstündən özləri xətt çəkdilər, "müsbət impulsdan" əsər-əlamət qalmadı. Hər dəfə belə edirlər.
Azərbaycan XİN Tonoyanın açıqlamasıyla bağlı bəyanat yaydı. Bəyanatın son abzası belədir: “Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu Nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?"

Bu sualın cavabını gözləməyə ehtiyac yoxdur. Çünki cavab olmayacaq. Paşinyan müdafiə nazirinin ağzının üstündən vurmayacaq. Tam əksinə, Paşinyanın icazəsi olmasaydı müdafiə naziri artıq ikinci dəfə Azərbaycanı hədələməzdi.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru