Paşinyan tərəfdarları Azərbaycandakı separatçının başına toplaşdı…-Danışıqların nəticəsi budurmu?..-FOTO

31-03-2019, 20:59           
Paşinyan tərəfdarları Azərbaycandakı separatçının başına toplaşdı…-Danışıqların nəticəsi budurmu?..-FOTO
Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “oyuncaq” dediyimiz başçısı Bako Saakyan Xankəndində işğalçı Ermənistan Respublikası parlamentində baş nazir N.Paşinyanın lideri olduğu “Mənim addımım” alyansını təmsil edən 30 deputatla görüş keçirib.

Moderator.az xəbər verir ki, bu haqda qondarma rejim rəhbərinin “mətbuat xidməti” məlumat yayıb. Separatçı rejim başçısı ilə görüşən erməni deputatlar arasında işğalçı ölkə parlamentinin sədr müavini Lena Nazaryan və “Mənim addımım” parlament fraksiyasının rəhbəri Lilit Makunts da olub. Görüşdə “iki erməni dövləti”nin “parlamentlərarası əlaqələrinin inkişafı, daxili və xarici siyasət məsələləri və s. müzakirə olunub.

Öncədən xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan liderləri Qarabağ danışıqları üçün Vyanada görüşdüyü gün 30 erməni deputat da dövlət sərhədlərimizi pozaraq Qarabağa gəlib.

P.S. Aprelin 29-dakı Vyana danışıqlarının nəticəsi budurmu?.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.