Britaniya diplomatını dəyişir –Kraliça yüksək rütbəli əməkdaşını Bakıya səfir göndərir (FOTO)

2-04-2019, 00:13           
Britaniya diplomatını dəyişir –Kraliça yüksək rütbəli əməkdaşını Bakıya səfir göndərir (FOTO)
Böyük Britaniya kraliçası bu ölkə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı Ceyms Şarpın Azərbaycana səfir təyinatını təsdiqləyib.

Virtualaz.org xəbər verir ki, Ceyms Şarp Böyük Britaniyanın Bakıdakı səfiri vəzifəsindən getməyə və diplomatik xidmətdən istefa verməyə hazırlaşan Kerol Kroftsu əvəzləyəcək. Şarp Bakıda səlahiyyətlərinin icrasına iyul ayında başlayacaq.

Ceyms Şarp 2017-2018-ci illərdə Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya direktorluğunda siyasi müşavir olub. Peşəkar diplomatdır və ondan əvvəl də XİN-də müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildən indiyə qədər isə XİN-də azərbaycan dili üzrə xüsusi kursa cəlb olunub.

Xatırladaq ki, Böyük Britaniyadan əvvəl ABŞ da Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Orli Litzenbergeri Bakıya səfir təyin edib. O, artıq səlahiyyətlərinin icrasına başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru