Ermənistan prezidenti Azərbaycanın Talış kəndinə gəldi - “Bura erməni torpağıdır!” dedi...

2-04-2019, 11:27           
Ermənistan prezidenti Azərbaycanın Talış kəndinə gəldi - “Bura erməni torpağıdır!” dedi...
“Talış kəndi min illərdir ki, erməni torpağıdır, Talış - bütün erməni xalqı deməkdir”.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Aprel döyüşlərinin 3-cü ildönümndə bu bəyanatla Azərbaycan Respublikası Tərtər rayonunun işğal altındakı Talış kəndində işğalçı ölkə prezidenti Armen Sarkisyan çıxış edib.

Dünən -aprelin 1-dən Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz səfərdə olan Ermənistan prezidenti separatçı-terrorçu rejimin başçısı Bako Saakyanla birlikdə Tərtər rayonunun “Madaqiz” adlandırılımış Suqovuşan kəndinin “azad edilməsi”nin (oxu:işğal edilməsinin) 26-cı ildönümü ilə bağlı həmin məntəqədə olub. A.Sarkisyan burada çıxış edərək “Madagiz”in strateji əhəmiyyətindən danışıb və bir qrup erməni işğalçı hərbçisini mükafatlandırıb. Sonra işğalçı və separatçı rejim rəhbərləri Azərbaycanın işğal alıtındakı Talış kəndinə gəliblər. Talış kəndini qədim erməni torpağı adlandıran A.Sarkisyan burada “qalib döyüşçülərin əhatəsində olmasndan qürur duyduğunu”, “Talışda özünü bütün dünyü ermənilərinin əhatəsində hiss etdiyini” vurğulayıb....
İşğalçı dövlət başçısı Azərbaycan torpaqlarındakı erməni hərbçilərlə qısa müşavirə də keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru