“Mən, müharibə olacağını deməyə məcburam” – Mnatsakanyan

3-04-2019, 18:08           
“Mən, müharibə olacağını deməyə məcburam” – Mnatsakanyan
“Bu məsələnin həlli gec və ya tez baş verəcək hərbi əməliyyatlardan keçir”.
Teref.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın işğal altında olan Qarabağda qanunsuz formalaşdırdığı hərbi birləşmənin sabiq komandiri Levon Mnatsakanyan deyib.
Onun sözlərinə görə, vəziyyətin kənardan baxarkən sakit olduğunu demək olar, lakin Azərbaycanın davamlı olaraq silah aldığı nəzərə alınmalıdır.

Hər gün ölkəmizinin yeni silah nümunələri əldə etməklə, silah anbarını genişləndirdiyini qeyd edən Mnatsakanyan, Ordumuzda hər gün bu silahların mənimsənilməsi üçün məşqlərin keçirildiyini bildirib. O, bu təlimlərdə Azərbaycanın müxtəlif ölkələrdən təlimatçılar cəlb etdiklərini qeyd edir.

“Qarabağın (qondarma qurum-red.) müstəqilliyinin de-yure olaraq təsdiq edilməsi üçün müharibə olmalıdır. Azərbaycan Qarabağa de-yure müstəqillik verməyəcək. Bu məsələnin həlli gec və ya tez baş verəcək hərbi əməliyyatlardan keçir”, – deyə o ötən gün Tonoyan tərəfindən edilən təxribatçı bəyanatın əsl qayəsini açıqlayıb. /Ordu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru