Düşmənin siyasi partiyalarıda Azərbaycanı açıq tekstlə hədələdilər:"Müharibə nəticəsi yeni ərazilərin “azad edilməsi” ola bilər”

3-04-2019, 20:01           
Düşmənin siyasi partiyalarıda Azərbaycanı açıq tekstlə hədələdilər:"Müharibə nəticəsi yeni ərazilərin “azad edilməsi” ola bilər”
Ermənistanın Respublikaçılar Partiyası Müdafiə naziri David Tonoyanın Azərbaycanın yeni ərazilərinin işğalıyla bağlı bəyanatını dəstəkləyib.
Axar.az xəbər verir ki, jurnalistlərə açıqlamasında partiyanın sədr müavini Armen Aşotyan Azərbaycana müharibəyə başlamamasıyla bağlı mesaj göndərilməsi gərəkdiyini bildirib.

“Düşməni yeni müharibəyə başlayacağı halda yeni itkilər verəcəyini başa salmaq lazımdır. “İsgəndər”lərin tətbiqi də burada istisna olunmamalıdır. Müharibə nəticəsi yeni ərazilərin “azad edilməsi” ola bilər”, – deyə o bildirib.

Qeyd edək ki, Vyana görüşündən dərhal sonra Ermənistan Müdafiə naziri David Tonoyan Nyu Yorkda erməni icması qarşısında çıxış edərək, İrəvanın Azərbaycana heç bir torpaq qaytarmayacağını bildirib. O, həmçinin “sülh naminə ərazi” formulu əvəzinə “yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəklərini, hücum bölmələrinin sayını artıracaqlarını” açıqlayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan Tonoyanın bu bəyanatını dəstəkləyib. Paşinyan nazirin ondan icazəsiz hərəkət etmədiyini bildirib.

Paşinyanla bərabər Daşnaksütyun Partiyası da Tonoyanla həmfikir olduğunu bəyan edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru