Britaniyaya ŞOK: bu ərazi ilk dəfə koloniya adlandırıldı

4-04-2019, 07:11           
Britaniyaya ŞOK: bu ərazi ilk dəfə koloniya adlandırıldı
Avropa Parlamenti cümə axşamı “Brexit”dən sonra Avropa İttifaqında britaniyalıların vizasız səfərləri haqqında reqlamenti qəbul edəcək.

Publika.az xəbər verir ki, sənəddə İspaniya və Böyük Britaniya arasında mübahisəli ərazi sayılan Cəbəllütariq Britaniya “koloniyası” adlandırılıb.

İspaniya hökumətinin açıqlamasına görə, bu termin Avropa İttifaqı tərəfindən hazırlanan sənədin mətnində ilk dəfə meydana çıxır. Hökumət diqqəti ona yönəldib ki, Cəbəllütariqin koloniya olması barədə BMT tərəfindən artıq tanınmış fakt Avropa Parlamenti və Avropa Şurası tərəfindən ilk dəfə etiraf edilir.

“İspaniyanın iddiaları barəsində irəliyə atılan böyük addımdan söhbət gedir. Belə qısa fikir ölkə üçün müvəffəqiyyətdir”, - ispan hökumətinin açıqlamasında deyilir.

Cəbəllütariq hökumətinin reaksiyası isə ekstremal mənfi olub. Bildirilib ki, İspaniya böyük təzyiq göstərib və ispan deputatları qorxutma taktikasına müraciət ediblər.

Qeyd edək ki, Cəbəllütariq üstündə mübahisə İspaniya və Britaniya arasında 300 ildən çoxdur davam edir. Cəbəllütariq əhalisinin 99 faizi 1967 və 2002-ci illərdə keçirilmiş referendumlarda Britaniyanın tərkibində qalmaq istəyini ifadə ediblər. Ərazidə 2006-cı ildə referendumla qəbul edilmiş konstitusiya qüvvədədir. Qanunverici hakimiyyət Britaniya kraliçası II Elizabet və Cəbəllütariq parlamentinə aiddir. Britaniya buranı öz “xarici ərazisi” kimi ixtisaslaşdırır.

İspaniya isə Cəbəllütariqi öz ərazisi hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru