Kral: "Səudiyyə İraqı bütün sahələrdə dəstəkləməyə hazırdır"

18-04-2019, 07:47           
Kral: "Səudiyyə İraqı bütün sahələrdə dəstəkləməyə hazırdır"
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud Krallığıq İraqla əməkdaşlıq etmək və onu bütün sahələrdə dəstəkləmək arzusunda olduğunu deyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Arabiyə" telekanalı məlumat yayıb.

Çərşənbə günü monarx Ər-Riyadda İraqın baş naziri Adil Əbdül Məhdini qəbul edib.

"Krallıq İraqın tərəfindədir, bizi din, təhlükəsizlik, ümumi maraqlar birləşdirir və bunları müxtəlif sahələrdə möhkəmləndirmək lazımdır. Krallıq İraqla əməkdaşlıq etmək və ona hər sahədə dəstək vermək və ümumi maraqları həyata keçirmək üzrə əməkdaşlıq etməyə hazırdır", - deyə Əs-Səud bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru