“Rus Davosu” Rusiya biznesmenlərinin Putin rejiminə olan hiddətini göstərdi” - Qərb mətbuatı

12-06-2019, 07:16           
“Rus Davosu” Rusiya biznesmenlərinin Putin rejiminə olan hiddətini göstərdi” - Qərb mətbuatı
Rusiyada hər il keçirilən və Qərb mətbuatında “Rus Davosu” olaraq adlandırılan Peterburq Beynəlxalq İqtisadi Forumu öz işini başa çatdırıb.

Avropa mediasında yazılana görə, sonuncu toplantı ölkənin biznes çevrələrinin rejim və onun siyasəti ilə bağlı narazılıqlarını ifadə edə bildiyi məkana çevrilib.

Hətta yerli “Vedomosti” qəzeti “Putin forumu” necə “Putin rejiminə etimadsızlıq forumu”na döndü”, başlıqlı yazı hazırlayıb.

Fransanın “Les Echos” qəzetinin yazarı Benjamen Kenelin yazdığına görə, iş adamlarını ən çox əsəbiləşdirən Rusiyada olduqca hörmətli mövqeyə sahib “Baring Vostok” investisiya fonduna yönəlik təqiblər və onun rəhbəri Maykl Kalvinin həbsi olub. Onların fikrincə, son həbslər ölkənin təhlükəsizlik xidmətlərinin törətdiyi özbaşınalıqların tərkib hissəsindən başqa bir şey deyil.

Bu səbəbdən də Rusiyanın liberal yönümlü biznesmenləri forumdan öz fikirlərini ifadə etdikləri platforma kimi yararlanıblar. Bunu “Les Echos”a verdiyi müsahibədə VEB (Vneşekonombank) dövlət korporasiyasının baş iqtisadçısı Andrey Klepaç da etiraf edib.

Forumun gedişində ölkənin ən iri dövlət bankı sayılan “Sberbank”ın təşkil etdiyi tədbirlərdə bir neçə natiq “Baring Vostok”a olan dəstəklərini ifadə etməkdən çəkinməyiblər.

“Forumda ticarət müharibələrində dövlət tərəfindən cinayət yurisdiksiyasının işə salınmasına görə neçə illərdən bəri yığılan qəzəb partlayışı baş verdi. Rusiya biznesmenləri ölkədə müstəqil məhkəmənin olmamasından, daha çox Federal Təhlükəsizlik Xidmətinə yaxın insanların qazanc əldə etməsindən narazılıqlarını dilə gətiriblər”, - deyə Benjamen Kenelin yazısında qeyd olunur.

“Biz investorlara sabitliyn zərurilyi barədə danışarkən mən diqqəti forumdakı hər hansı investorun hələ həbs olunmadığına çəkmək istərdim”, - deyən Dövlət Dumasının büdcə və vergilər üzrə komitəsinin sədri Andrey Makarovun istehzalı ilə sözləri sosial şəbəkələrdə böyük hay-küyə səbəb olub.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.