Avropa Birliyi (AB) Rusiya ilə dialoq aparmalı və münasibətləri bərpa etməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
O, yaxın zamanda rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacağını da bəyan edib:
“Mənim təmsil olunduğum çoxqütblü Avropa Rusiya ilə yeni inam və təhlükəsizlik mühiti yaratmalıdır. Avropa və Rusiya arasında əlaqələr formalaşmalıdır”.