İnqilab diktaturaya keçir: Nikolun partiyasında narazılıq artır - GƏLİŞMƏ

12-06-2019, 12:08           
İnqilab diktaturaya keçir: Nikolun partiyasında narazılıq artır - GƏLİŞMƏ
Nikol Paşinyanın Mülki Müqavilə Partiyası daxilində gərginlik artır.

Axar.az xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.

“Abovyandakı mer seçkisində partiyasının uduzmasından sonra çıxış edən Baş nazir Nikol Paşinyan bu seçkidə inqilab və demokratiyanın qələbə qazandığını açıqladı. Bizim mənbələrimizin verdiyi məlumata görə, Mülki Müqavilə Partiyasının daxilində Paşinyanın dediyi demokratiya və onun nəticələri barədə böyük narazılıq yaranır. Partiya üzvləri hesab edirlər ki, Ermənistan hələ demokratiyaya hazır deyil və indi ölkəni klan sistemindən azad edəcək güclü əl lazımdır, əks təqdirdə mövcud sistem çox sürətli şəkildə demokratiya və inqilabı yox edəcək”, – deyə məqalədə bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru