Qorxuya düşən ermənilər Putinə MÜRACİƏT ETDİ: Qarabağa ordu göndərin!

13-06-2019, 17:29           
Qorxuya düşən ermənilər Putinə MÜRACİƏT ETDİ: Qarabağa ordu göndərin!
Ermənistan Kommunist Partiyası Rusiya Prezidenit Vladimir Putinə müraciət edib.

Müraciətdə Putindən şəxsən Qarabağ konfliktinə müdaxilə etməsi və bütün imkanlarından Azərbaycan rəhbərliyinə təsir üçün istifadə edilməsinə çağırış edilib. Erməni kommunistlər yalnız Putinin Qarabağda yaranacaq eskalasiyanın qarşısını ala biləcəyini bildiriblər:

“Hesab edirik ki, Qarabağ konflikt zonasında Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi imkanları haqqında məsələyə baxılmasını aktual hesab edirik. Bu həm də erməni xalqının maraqlarına xidmət edəcək. Ermənistan Kommunist Partiyası regionda digər geosiyasi oyunçuların güclənməsini arzuolunmaz proses kimi dəyərləndirir. Ümid edirik ki, sizin situasiyaya birbaşa aktiv müdaxiləniz hadisələrin arzuolunmaz inkişafının qarşısını ala bilər”. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru