Moldova hökuməti istefa verib:“Ölkəni təhlükədən xilas etmək üçün hökumətdən imtina etdik"

15-06-2019, 00:00           
Moldova hökuməti istefa verib:“Ölkəni təhlükədən xilas etmək üçün hökumətdən imtina etdik"
Pavel Filipin Baş Naziri olduğu Moldova hökuməti istefa verib. Ölkənin Demokratiya Partiyası yeni Baş Nazir Mayya Sandunun xeyrinə bu cür qərar çıxarıb .

Bu barədə Kişineuda keçirdiyi brifinqdə partiyanın sədrinin müavini Vladimir Çebortar məlumat verib. “Biz ölkəni təhlükədən xilas etmək üçün hökumətdən imtina etdik. Yaxın saatlarda Pavel Filip hökumətin rəsmən istefasını açıqlayacaq”,- deyə Çebortar bildirib.

Artıq bir həftədir Moldovada siyasi gərginlik hökm sürür. Moldova Konstitusiya Məhkəməsi parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə Prezidentinin səlahiyyətlərinin müvəqqəti icrasının Baş Nazir Pavel Filipə həvalə olunması barədə qərar verib. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulub.

Konstitusiya Məhkəməsi parlamentin yeni Baş Nazirin və spikerin təyin olunmasına dair qərarlarını da ləğv edib.

Moldovada növbədənkənar parlament seçkiləri sentyabrın 6-da keçiriləcək. Bu barədə Prezidentin səlahiyyətlərini icra edən Baş Nazir əvəzi Pavel Filip fərman imzalayıb(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru