Azərbaycandakı 40 yaşadək ermənilər separatçı orduya işə çağırıldı - Müharibəyə hazırlıqmı?..

26-07-2019, 09:51           
Azərbaycandakı 40 yaşadək ermənilər separatçı orduya işə çağırıldı - Müharibəyə hazırlıqmı?..
Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə nazirliyi” adlanan qanunsuz qurum ölkəmizin 20 faizlik ərazisində sülənən 40 yaşadək erməniləri müqavilə əsasında işə dəvət edib.

Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinnin yaydığı məlumata görə, qondarma rejim “ordu”su ehtiyatda olan zabit və mülki şəxsləri əsasən aşağıdakı peşə və ixtisaslar üzrə işə qəbulunu elan edib: atıcı, snayper, qumbaraatan, sürücü, traktorçu, qreyderçi, ekskavatorçu, çilingər, yanacaqdolduran...

Müqavilə əsasında “ordu”ya işə daxil olan ermənilərə normal maaş və şənbə, bazar günləri istirahət vəd edilir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.