Gürcüstan Keşikçi Dağa gedən yolu təmir edir – 2 milyon dollar

27-07-2019, 21:32           
Gürcüstan Keşikçi Dağa gedən yolu təmir edir – 2 milyon dollar
13,3 kilometrlik Saqareco-Udabno-David Qareci (Keşikçidağ) yolunun təmiri başlayıb.

“Sputnik Gürcüstan” yazır ki, bu barədə məlumatı Gürcüstan Regional inkişaf və infrastruktur nazirliyinin avromobil yolları departamenti yayıb.

“Təmir işləri Udabno kəndinin ərazisindən başlayır və David Qareci (Keşikçidağ) monastır kompleksinə qədər davam edəcək”, - məlumatda deyilir.

Xatırladaq ki, aprelin 25-də Gürcüstan tərəfi bildirmişdi ki, azərbaycanlı sərhədçilər Keşikçidağ kompleksinə gedən yolu bağlayıblar. Bu məlumatı şərh edərkən Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva demişdi ki, Azərbaycan hər zaman Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiyasının tərəfdarı olub.

İyulun 14-də Gürcüstan vətəndaşları Azərbaycan DSX-nun sərhəd naryadına qarşı qanunsuz hərəkətlərə yol veriblər. Bundan sonra Azərbaycan XİN Gürcüstanın Bakıdakı səfirindən izahat tələb edib.

Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru