Rusiyanın müxalifət lideri Navalnı xəstəxanaya yerləşdirilib

29-07-2019, 07:37           
Rusiyanın müxalifət lideri Navalnı xəstəxanaya yerləşdirilib
İcazəsiz etiraz aksiyasında iştirak etmək çağırışlarına görə iyulun 24-də 30 sutkalığa həbs olunan Rusiya müxalifət lideri Aleksey Navalnı "allergiyaya reaksiya" diaqnozu ilə Moskvadakı 64 nömrəli xəstəxanaya yerləşdirilib.

APA “BBC”yə istinadən xəbər verir ki, Navalnının səhhəti ilə bağlı rəsmilərdən bir açıqlama olmadığı halda, onun sözçüsü Kira Yarmış müxalifət liderinin alergiya reaksiyası nəticəsində üzünün şişdiyini və qızardığını, belə halın ilk dəfədir ki, baş verdiyini bildirib.

Kira Yarmış Tvitter səhifəsində qeyd edib ki, Navalnı bazar günü səhər "kəskin alergiya reaksiyası" diaqnozu ilə xəstəxanaya gətirilib: "Alergiya reaksiyasının mənbəyi müəyyən edilməyib. İndiyədək Alekseydə belə alergiya reaksiyası müşahidə olunmayıb".


İnterfax agentliyi müxalifət liderinin xəstəxanada olmasını təsdiqləyib. Bildrilib ki, o, hazırda xəstəxanada - palatadadır, vəziyyəti qənaətbəxşdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru