Ordu təcili Rusiyaya daxil olsun! - ŞOK ÇAĞIRIŞ

29-07-2019, 07:56           
Ordu təcili Rusiyaya daxil olsun! - ŞOK ÇAĞIRIŞ
“Forbes” jurnalının Ukrayna versiyasının keçmiş baş redaktoru Maksim Kuxar Ukraynanı Rusiyaya qoşunları daxil etməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu haqda Feysbuk səhifəsində yazıb.

Kuxar bildirib ki, Ukrayna ordusunun bölmələri demokratiyaya dəstək üçün təcili Rusiya ilə sərhədə yeridilməlidir.

“Rusiyada yeni demokratik hakimiyyətin dəstəklənməsi üçün bütün qoşunları hazırlamaq lazımdır... Ukrayna parlamenti artıq indi toplaşmalı və qoşunların Rusiyaya daxil edilməsi üçün Ali Baş Komandana icazə verməlidir”, - jurnalist qeyd edib.

Kuxar hesab edir ki, Ukrayna qoşunlarına Rusiya qanunlarını öyrətmək lazımdır ki, onlar ölkə ərazisində hərəkət edə bilsinlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru