Hökumətdən işsizlərlə bağlı yeni qərar

30-07-2019, 08:15           
Hökumətdən işsizlərlə bağlı yeni qərar
Baş Nazir Novruz Məmmədov “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nı təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, qaydalar “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” Prezidentin müfaviq Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Baş nazir həmçinin “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarını ləğv edib.

Bu Qərarda dəyişikliklər Prezidentin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru