Pompeo: “Hörmüz boğazını bağlanmağa qoymayacağıq”

31-07-2019, 07:44           
Pompeo: “Hörmüz boğazını bağlanmağa qoymayacağıq”
“Necə olur-olsun, Hörmüz boğazını bağlanmağa qoymayacağıq”

APA xarici mediaya istinadla xəbə verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Vaşinqton İqtisadiyyat Klubunda media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O bildirib ki, rəsmi Vaşinqton körfəzdə və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün nəzərdə tutulan koalisiyanın yaradılmasına çalışır.

Pompeo əlavə edib ki, ABŞ Oman dənizinin də bütün dəniz keçidlərini açıq saxlayacaq.

Onun sözlərinə görə, sözügedən dənizdə təhlükəsizliyin təmin edilməsi üçün proqram hazırlanacaq.


Dövlət katibi digər ölkələrin tezliklə ABŞ-ın təklifini qəbul edərək bu proqrama qoşulacağına inandığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru