Yunanıstanın yeni baş naziri prioritetinin türklərə qarşı mübarizə olduğunu BƏYAN ETDİ
31-07-2019, 08:45
Yunanıstanın baş naziri postunda ilk səfəri Cənubi Kipr Yunan Respublikasına edən Kiriakos Miçotakis Kipr yunanlarının lideri Nikos Anastasiadis ilə görüşündə deyib: “Bölgədə türk işğalını dayandırmaq prioritetimizdir”.
Miçotakis Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətinin Avropa İttifaqı tərəfindən dayandırılmasının lazım olduğunu da əlavə edib: “Kipr (Cənubi Kipr) enerji sahəsindəki meydan oxumanın artmasına qarşı Yunanıstanın və Aİ-nin dəstəyini alacaqdır”.