Tramp Kremlə meydan oxuyur: Navalnı işi nəzarətə götürülür

31-07-2019, 09:37           
Tramp Kremlə meydan oxuyur: Navalnı işi nəzarətə götürülür
ABŞ Prezidenti Donald Tramp rusiyalı müxalif Aleksey Navalnının səhhətinin qəfil pisləşməsi məsələsi ilə maraqlanmaq niyyətində olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, Tramp bunu jurnalistlərə açıqlamasında deyib. O, baş verən insident haqqında hələ yeni məlumatlandığını deyib.

Qeyd edək ki, Navalnı iyulun 24-də gözlənilmədən həbs edilib. O, icazəsiz mitinq təşkilində ittiham olunub. İyulun 27-də Moskvada baş tutan icazəsiz mitinqdən sonra isə qəfildən xəstəxanaya yerləşdirilib. Rəsmi açıqlamada Navalnının allergiyası olduğu bildirilsə də, bloggerin şəxsi həkimləri bununla razılaşmayıblar və Navalnının zəhərlənə biləcəyini iddia ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru