“Mnatsakanyan “stabilliyin” mənasını yanlış anlayır" - Leyla Abdullayeva

1-08-2019, 16:37           
“Mnatsakanyan “stabilliyin” mənasını yanlış anlayır" - Leyla Abdullayeva
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, L. Abdullayeva özünün “Twitter” səhifəsində bildirib ki, Ermənistan xarici işlər naziri “stabilliyin” mənasını yanlış anlayır.

“Başqa bir ölkənin torpaqlarını hərbi işğal altında saxlayan və qanlı etnik təmizləmə həyata keçirən istilaçı ölkə necə “stabillik adası” ola bilər?! İlk növbədə beynəlxalq hüquqa hörmət edilməlidir”, - XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində Ermənistanı “stabillik adası” adlandırıb və ölkəsinin regionda stabilliyə töhfə verdiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru