“Vəziyyətin daha da gərginləşməsi yolverilməzdir” – Mariya Zaxarova

1-08-2019, 17:52           
“Vəziyyətin daha da gərginləşməsi yolverilməzdir” – Mariya Zaxarova
“Rusiya Azərbaycan – Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır”.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

O bildirib ki, gərginliyin artması bu yaxınlarda atəşkəsin bərqərar olması ilə bağlı əldə olunmuş razılaşmalara və münaqişənin siyasi yollarla həll edilməsi ilə əlaqədar səsləndirilən bəyanatlara ziddir.

“Vəziyyətin daha da gərginləşməsi yolverilməzdir. Münaqişə tərəflərini təmkin nümayiş etdirməyə, güc istifadəsindən imtina etməyə və vəziyyətin stabilləşməsinə yönələn tədbirlər görməyə çağırırıq”, – M. Zaxarova vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru