Tramp KXDR-in yeni raket atışlarını həyata keçirməsinə münasibət bildirib

2-08-2019, 07:48           
Tramp KXDR-in yeni raket atışlarını həyata keçirməsinə münasibət bildirib
ABŞ prezidenti Donald Tramp rəsmi Pxenyanın yeni raket atışlarına baxmayaraq, Şimali Koreya lideri Kim Çen Inla danışıqlarda belə bir problem yaşanmadığını söyləyib.

APA “TASSA”a istinadla xəbər verir ki, ABŞ lideri bu barədə cümə axşamı Ağ Evdə jurnalistlərlə söhbət zamanı deyib.

Tramp qeyd edib ki, əlbətdə ki, bunlar qısamənzilli raketlər olduğuna görə biz bunu heç müzakirə etmədik, ancaq nüvə proqramını müzakirə etdik.

Prezident KXDR-ın yeni raket atışlarını həyata keçirdikdən sonra Pxenyanla əlaqələrin mümkün olub-olmadığı sualına belə cavab verib: "Bir çox başqa ölkələr də bu cür raketləri sınaqdan keçirir".

Tram bir daha KXDR-in yeni raket atışlarından narahat olmadığını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru