“Bu tərbiyəsiz yayımları xalqın uşaq, qız-gəlini izləyir...”

4-08-2019, 10:16           
“Bu tərbiyəsiz yayımları xalqın uşaq, qız-gəlini izləyir...”
“Vidadi İsgəndərli kimi həmyerlilərimizin, son əxlaqsız yayım, hərəkətləri təəssüfləndiricidir. Bu söyüş "piratları" Avropa müxalif mühacirət qatında sanki, hakimiyyəti götürüb, at oynadır”.
“Yeni Sabah” xəbər verir ki, bunu siyasi şərhçi İlqar Altay deyib. O, bildirib ki, bir insanın kimliyi və mahiyyətinin dəqiq müəyyən edilməsi üçün ona özünü göstərməyə sərbəstlik şəraiti yaratmaq lazımdır. Qısa zaman kəsiyində o özü maskasını yırtıb öz kimliyini, içalatını tam ortaya qoyacaq.

“Bəzi məmurların etimad edilmiş səlahiyyət və imkandan sərbəstləşib, boşalıb özlərini itirmə və öz iç yırtıcı-oğru mahiyyətləriini göstərməsi barədə kəskin yazılarım xeyli çox olub. Keçmiş MTN şefi Eldar Mahmudov timsalında.

Amma vaxtı ilə ölkəmiz Azərbaycanda özünü müxalif siyasi mələk, gecə-gündüz xalqın, demokratiya prinsiplərinin dərdini çəkən kimi göstərən bəzi həmvətənlərimizin bu, azad və sərbəst Avropa mühitində buraxma-avara keyfiyyəti, tərbiyəsiz və əxlaqsız mahiyyətləri ortaya çıxır.

Aydın olur ki, bu bəzilər tarixən abır, qanacaq və mərifət əmsalı üstün xaqımızın lap, üz qaraları imişlər. Sərbəst mühitə düşüb öz hədlərini unudublar.

Oturub-durub bir-birinin ailə-uşağını əxlaqsızca söyüb təhqir edirlər. Arxayındırlar ki, nə dövlətin, nə ictimai, nə də ki, kriminal mühit qaydalarının cəza tətbiqi var bu humanist Avropada. Özü də bu əxlaqsızlıqları utanmadan, sosial şəbəkələri vasitəsi ilə öz ölkəsinə, xalqına yayımlyırlar. Və bilərək, bu yayımı xalqın uşaq, qız-gəlini izləyir...

Təəsüflüsü budur ki, belə iyrənc tərbiyəsizlikdə cavanlara sabiq rektor, prokuror və s. ağsaqqal insanlar da qoşulub. Avropa mühacirət mühitində çox ikrahdoğurucu durum var. Ehtiyat edirsən hansısa yığıncaq, ya məclisə getməyə, 3-5 tanış-dost ilə kifayətlənirsən. Belə biabırçı namərdlik olmaz, bitirmək lazımdı.

İki gün öncə bir əski videoya rast gəldim. Milli Məclisin önündə, xalqın qarşısında çıxış edən prezident Elçibəyin sözünü kəsib, camaatı öz hərbçi dəstəsi ilə itələyib irəli keçən, ayağını bardürə qaldııb, “mən belə getsə hərbi vəziyyət elan edib, hakimiyyəti götürəcəm” deyən müdafiə nazirinin bir saymaz, tərbiyəsiz hərəkətni gördüm. Dövlət başçısı və həm minlərlə xalqa həqarətlə...

Çox yəqin ki, Elçibəyin humanist yumşaqlığı və dövlətçilk təcrübəsizliyi ucbatından hakimiyyət içində aparıcı postlara dürtülmüş bu cür, nizam qaydasız-sistemsiz, ölkə anlayışsız, hakimiyyəti çökdürən kadrlar az olmamışdır. Və çox yəqin ki, bu günkü siyasi müxalifət içində də belə avara, amma siyasi məqam və bir də ki, onları iqtidara daşıyacaq Elçibəy kimi xarizmatik və fağır lider gözləyənlər az deyil. Avropadan bunlar görünür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.