Ermənistan rəhbərliyi Azərbaycan sərhədi yaxınlığındakı asma körpünü oynayaraq keçdi...-VİDEO
5-08-2019, 17:52
Bu gün, avqustun 5-i axşam saatlarında Xankəndidəki Dirçəliş meydanında ermənilərin qarşısında çıxış etməyə hazırlşan işğalçı ölkə baş naziri Nikol Paşinyan Gorus-Laçın-Şuşa yolu istiqamətində- Ermənistan-Azərbaycan dövlət sərhədindən 3-4 km, Laçın rayon mərkəzindən isə hava xətti ilə 11-12 km məsafədə yerləşən Xınzırək kəndinə baş çəkib. Paşinyan özü təxminən bir saat öncə bu haqda videonu "Facebook" səhifəsində paylaşıb.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, Paşinyan, arvadı Anna Akopyan və komanda üzvləri, o cümlədən müdafiə naziri David Tonoyan, milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyan kənddəki asma ayaq körpüsünü Azərbaycan milli rəqsi olan “Köçəri”nin sədaları altında rəqs edərək keçiblər.