Paşinyan Xankəndi meydanında çıxış etdi… – “Məqsədimiz Qarabağı Ermənistana birləşdirməkdir”
6-08-2019, 07:53
Ermənistanın baş naziri Nikol Paşinyan gözlənildiyi kimi bu gün avqustun 5-də axşam saatlarında Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Xankəndində 31 il əvvəl-erməni separatizminin yeni alovlandığı dövrlərdə səslənən “Birləşmək” (“miatsum”) şüarları bu gün də təkrarlanıb. Özü də Paşinyanın dilindən.
Ermənistan baş naziri deyib ki, Yerevanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü dipplomatiyanın yekun məqsədi “miatsumdur”. Onun sözlərinə görə, münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyi ilə qəbul oluna bilər.
Paşinyanın bu sözlərinə meydana toplaşanlar “miatsum” qışqıraraq reaksiya veriblər.
Paşinyan qeyd edib ki, Azərbaycanla aparılan danışıqların yekun məqsədi “Qarabağın öz müqəddəratını təyin etməsi yolu ilə əldə edilən nəticələri möhkəmləndirməkdir”. Onun sözlərinə görə, erməni hökumətini Qarabağa dair hansısa gizli qəsd planında ittiham etmək mənasızdır, çünki hökumətin belə planı yoxdur və olmayacaq.
Hərçənd Paşinyan Qarabağ məsələsinin “sülh yolu ilə həllinə istiqamətləndiklərini” deyib, baxmayaraq ki, onun “miatsum” şüarı məsələnin sülh yolu ilə nizamlanmasına şans buraxmır.