Paşinyan 6 bəndlik sənədi yaydı – Qarabağla bağlı ŞOK DETAL

7-08-2019, 22:33           
Paşinyan 6 bəndlik sənədi yaydı – Qarabağla bağlı ŞOK DETAL
Ermənistan Baş naziri Nikol Paşinyan ümumerməni konsensusunun 6 bəndini yayımlayıb.

Bu maddələri Paşinyan Feysbuk səhifəsində paylaşıb.

Baş nazirin paylaşdığı maddələr sırasında güc tətbiqindən istənilən daxili erməni məsələlərinin həllində alət kimi istifadə edilməsinin istisnası, xalqın iradəsinin hakimiyyətin formalaşdırılmasının yeganə mənbəyi olması, xarici oyunçuların daxili məsələlərin həllinə buraxılmaması, xarici maraqların təmsiləçilərinə sərt müqavimətin göstərilməsi, Ermənistan və Qarabağın korrupsiyadan, proteksionizmdən, süni monopoliyadan azad olunması, qanunun aliliyinin təmin edilməsi kimi məsələlər yer alıb.

Konsensusun son maddəsi Qarabağ konfliktinin həlli ilə bağlı olub. Belə ki, bu maddədə bildirilib ki, Qarabağın həlliylə bağlı danışıqların hədəfi müharibədə əldə edilmiş nəticələrin qorunub saxlanılması olmalıdır. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru