Dövlət Departamenti: İran danışıqlar üçün kimə "zəng etməli" olduğunu bilir

9-08-2019, 08:01           
Dövlət Departamenti: İran danışıqlar üçün kimə "zəng etməli" olduğunu bilir
Əgər İran liderləri ABŞ-la danışıqlar aparmaq istəyirlərsə, o zaman prezident Donald Tramp onların “zəngini gözləyir”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus jurnalistlərlə görüşü zamanı bildirib.

“Bizim Ayətullah Əli Xameneidən və prezident Həsən Ruhanidən bir tələbimiz var. Onlar bölgəni terror halına saldıqları barədə diqqətlə fikirləşsinlər və bunu dayandırmaq haqqında fikirləşsinlər. Əgər onlar özlərini normal ölkə kimi necə aparmalı və sanksiyalardan qurtularaq sülh şəraitinə necə qayıtmalı olduqları barədə danışmaq istəyirlərsə, o zaman onlar kimə zəng edəcəklərini dəqiq bilirlər. Bu, prezident Trampdır. Və prezident onlardan zəng gözləyir”, - Ortaqus belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru