“Müharibəni yalnız pulla udmurlar” – “Bunun üçün cəsarət də, peşəkarlıq da lazımdır”
10-08-2019, 17:45
Azad İsazadə: “Peşəkar döyüşçü dolanışıq dərdi çəkməməlidir”
Xəbər verdiyimiz kimi, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla təmas xəttində xidmət edən hərbçilərə əlavə maliyyə vəsaitinin ayrılmasına qərar verib.
Düşmən tərəfin bu addımı rəsmi İrəvanın hərbçiləri pul gücünə ön xətdə saxlamaq istəyinin təzahürü hesab edilə bilərmi? Yalnız maliyyə faktoru hərbçini səngərdə saxlamaq üçün yetərlidirmi?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Sözsüz ki, bu addım hərbçilər üçün hardasa situmuldur. Amma bu situmulun çox şeyi həll edəcəyini iddia etmək doğru olmaz. Insan cəbhədə ölümlə qarşılaşır.
Qarabağ müharibəsi vaxtı bir neçə kontengent var idi. Qarabağda xidmət edənlər əmək haqqını üçqat alırdı. Zabitlər də Qarabağa ezamiyyətə gedəndə onların ezamiyyəti üçqat hesablanırdı. Dağlıq Qarabağ ərazisində döyüşlərdə iştirak edənlər isə səhv etmirəmsə, beşqat əmək haqqı alırdı. Bu, hərbçilər üçün situmul idi. Çünki müharibədə insanlar həyatlarını riskə qoyur. Amma maliyyə situmuluna baxmayaraq, o zaman fərarilik faktları da olurdu. Deməli, müharibəni yalnız pulla udmaq mümkün deyil. Bacarıq da, qorxmazlıq da lazımdrı. Qorxmazlıq da peşəkarlıqdan yaranır.
Peşəkar insan düşünməməlidir ki, ailəmi necə dolandırım, çörəyi hansı pulla alım və s. Dövlət onu təmin edirsə, o, peşəkardısa, döyüşməyi həqiqətən də bacarırsa, döyüşə necə girmək gərəkdiyini bilirsə, qorxmur, irəli gedir. Çünki bilir ki, sabah ailəsi ehtiyac içində qalmayacaq”.