Pakistan Hindistanla avtobus əlaqəsini də kəsib - Nazir səbəbini açıqladı

10-08-2019, 20:38           
Pakistan Hindistanla avtobus əlaqəsini də kəsib - Nazir səbəbini açıqladı
akistanın hakimiyyət orqanları Lahor – Nyu-Dehli marşrutu üzrə avtobusların hərəkətini müvəqqəti olaraq dayandırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı Pakistanın rabitə və poçt xidməti naziri Murad Səid rəsmi Twitter səhifəsi vasitəsilə yayıb. Nazir bu addımın Milli Təhlükəsizlik Komitəsinin qərarına əsasən atıldığını bildirib.

Bundan əvvəl isə Cammu və Kəşmir ştatının statusu ilə bağlı fikir ayrılığı səbəbindən Pakistan tərəfinin Hindistan istiqamətində iki qatarın hərəkətini ləğv etdiyi barədə xəbər yayılıb.

Hindistanın avqustun 5-də Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. Pakistan hökuməti Hindistanla diplomatik münasibətləri aşağı səviyyəyə endirdiyini, onunla ikitərəfli ticarəti dayandırdığını və bu ölkə ilə digər sazişlərə yenidən baxılacağını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru