Peskov Rusiya, İran və Azərbaycan liderlərinin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb

13-08-2019, 17:01           
Peskov Rusiya, İran və Azərbaycan liderlərinin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov avqustun 13-də keçirilməsi nəzərdə tutulan Rusiya, İran və Azərbaycan liderlərinin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb.

Trend TASS informasiya agentliyinə istinadla xəbər verir ki, D.Peskov deyib: “Avqustun 13-də keçirilməsi planlaşdırılan Rusiya, İran və Azərbaycanın dövlət başçılarının görüşünün təxirə salınması prezidentlərin iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsi və bu qrafiklərin sinxronlaşdırılması üçün uyğun vaxtın seçilməsi ilə əlaqədardır. Diplomatik kanallarla qrafiklərin bu cür sinxronlaşdırılmasından sonra biz yeni müddət haqqında məlumat verəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru