İlham Əliyevin inqilabi dəyişikliklərinin sirri... - Azərbaycanın böhrandan çıxış nöqtəsi...
18-11-2015, 18:09
Azərbaycanda siyasi idarəetmənin transformasiyası baş verməkdədir. Yeni siyasi kurs zamanı bir sıra kənar amillər də nəzərə alınmalıdır. Dünyakı iqtisadi böhran və neft qiymətlərinin aşağı düşməsi fərqli situasiya yaradır. Digər tərəfdən, daxili dövlət investisiyalarının azalması ölkədə sosial gərginlik yarada bilər. Eyni zamanda xarici amillər postmodern siyasi kursun yaradılmasını zəruri edir. Azərbaycanda spesifik maraqları olan barışmaz ölkələr Bakıya təzyiqlərini artırırlar. ABŞ, Rusiya və İranın maraqlarının toqquşması Parisdəki son olaylardan sonra tamamilə fərqli situasiya yaratmaqdadır. Bakı supergüclərin təzyiqlərinə məruz qala bilər.
Dünyadakı iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə öz labüd təsirini göstərir. 5 mlrd. manat kəsilmiş büdcə 2016-cı ildə iqtisadi problem vəd edir və cəmiyyətdə artmaqda olan sosial gərginliyin azalmasına nail olmaq üçün prezident Əliyev inqilabi dıyişikliklərə nail olmaq istəyir. İnflyasiyanın artması, mal və xidmətlər bazarının bütün seqmentlərinin zəifləməsi fonunda ölkə rəhbəri postmodern siyasətə üstünlük verir. Komanda üzvlərinin bir qisminin xəyanəti ilə üzləşən prezident Avrasiya məkanında siyasi, hərbi və iqtisadi böhranın əsas səbəbini sabitliyin pozulmasında və bəzi ölkələrin siyasi maraqlarında görür. Eyni zamanda, həmin ölkələrin hakimiyyət dəhlizlərinə sızmış vassallarını dağıtmağa üstünlük verir.
Bəzi məmurların ölkədə dollar qıtlığı yaratmaq cəhdləri də ciddi sabotajdan xəbər verirdi. Belə ki, ABŞ dolları bütün dünya ölkələrinin birinci və ya ikinci valyutasıdır. ABŞ dünya ölkələrini dollarla idarə edir. ABŞ dünya ölkələrində dollar vasitəsilə iqtisadi böhranlar yaradır. Dünya ölkələrinin iqtisadiyyatlarını çökdürür. Dollar böhranları da öz təsirinə görə regional və qlobal əhəmiyyətli iqtisadi təlatümlərdilər. Bu baxımdan, ölkədə dollar qıtlığlı yaradanların kənara edildiyini iddia etmək mümkündür. Bu gün neftin qiymətinin aşağı düşməsindən də xarici ölkələr təzyiq aləti kimi istifadə edir. Nəzərə alaq ki, ABŞ-ın OPEK adında bir böhran yaratma aləti var. OPEK ölkələri dünya neftinin 40%-dən çoxunu istehsal edirlər. ABŞ OPEK-in vasitəsilə həm OPEK ölkələrində, həm də digər neft ölkələrində maliyyə və iqtisadi böhranlar yarada bilir. ABŞ OPEK və digər neft ölkələrində maliyyə və iqtisadi böhranlar yaratmaq üçün neft hasilatının artırılmasını və qiymətlərin azaldılmasını sifariş edir. İqtisadiyyatları neftdən asılı olan ölkələrin valyuta ehtiyatları kəskin şəkildə azalır. Milli valyutalar qiymətdən düşür. Neft ölkələri iqtisadi böhran məngənəsinə düşürlər. Əslində, İlham Əliyevin “post-neft dövrünə hazır olun” mesajı da Azərbaycanın böhrandan çıxış nöqtəsinin göstərilməsi idi.
Prezident xarici və daxili siyasətdə fərqli addımlar atmağa başlayıb. Məhz son islahatlardan sonra İlham Əliyev barəsində Qərb mətbuatı müstəqil və postmodern siyasət yürüdən siyasi xadim kimi danışmağa başlayıb. Cəmiyyət prezidentin ölkə üçün təşəbbüslərinin necə başa çatacağını düşünür. Cəmiyyətin müsbət gözləntiləri və siyasi rəhbərliyin liberal niyyətləri, digər tərəfdən komandanın bəzi üzvlərinin sabotajı dövlət başçısının nüfuzuna zərbə endirir. Burada da bir incə məqam mövcuddur. Azərbaycanın daha da inkişaf etdirilməsi strategiyasına qarşı çıxış edənlərin məmurlar olduğu, prezidentin isə praqmatik və mütərəqqi bir siyasətçi olmaqla yanaşı, “artıq yüklərdən” azad olmaq cəhdləri dünya mediasında ciddi təhlil edilir. Prezident iqtisadi islahatlar və demokratik transformasiya tərafdarı kimi çıxış edir. İ.Əliyev yeni, islahatlara meylli komanda ilə növbəti prezident seçkilərini hədəf alır və ictimai rəydə uğur qazanır.
Avropa.infonun ekspert qrupu