“Qızımın profili oğurlanıb” - Fuad Qəhrəmanlı

19-09-2019, 15:30           
“Qızımın profili oğurlanıb” - Fuad Qəhrəmanlı
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun onun haqqında yaydığı sensasion bəyanata cavab verib.

“Qafqazinfo” xəbər verir ki, F. Qəhrəmanlı sosial şəbəkədə bildirib ki, qızının profili oğurlanıb: “Bildirirəm ki, onun adından nə yazılsa, ona aid deyil”.

Xatırladaq ki, Selcan Yağmur adlı sosial şəbəkə hesabında yayılan bəyanatda Fuad Qəhrəmanlının ailədə şiddət göstərdiyi, həyat yoldaşının barmaqlarını, qızının isə dizini sındırdığı qeyd edilib.

Qeyd edək ki, S. Yağmur statusda adı çəkilən, ittiham irəli sürdüyü şəxs, AXCP üzvü Səadət Cahangirin rəyinə cavab da yazıb.

Sözügedən bəyanatla bu linkdən tanış ola bilərsiz.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru