Pompeo İran əleyhinə koalisiya yaratmaqda məqsədinin nə olduğunu izah edib

20-09-2019, 07:28           
Pompeo İran əleyhinə koalisiya yaratmaqda məqsədinin nə olduğunu izah edib
ABŞ İrana mübarizə aparmaq üçün koalisiya qurmağa çalışır, onunla müharibə etməyə deyil.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu cümə axşamı Əbu-Dabidə BƏƏ rəhbərliyi ilə danışıqlardan sonra jurnalistlər qarşısında ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif son amerikalıya qədər böyük bir müharibə başlamaqla təhdid edərkən biz yaşananların sülh yolu ilə həllinə yönəlmiş bir koalisiya qurmaq üçün buradayıq. Bu mənim üçün qarşıya qoyulan vəzifədir, ABŞ prezidenti Donald Tramp, təbii ki, mənim buna nail olmağım üçün çalışmağımı istəyir. Ümid edirəm ki, İran İslam Respublikası da buna eyni şəkildə yanaşır”, - Pompeo belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru