“Tramp son 3 ildə Azərbaycana...” – Konqresmendən İrəvanda şok iddia
5-10-2019, 10:22
“ABŞ-ın Azərbaycana hərbi yardım etməsindən Konqresin xəbəri yox idi. Yaxın zamanlarda ABŞ hökumətinin son 3 ildə Azərbaycana Ermənistandan çox hərbi yardım ayırdığını bildik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistana səfər edən amerikalı konqresmen Frank Pallone deyib.
ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı Amerika Erməniləri Milli Komitəsinə (ANCA) yaxınlığı ilə seçilən konqresmen Vaşinqtonu Azərbaycana hərbi yardımı dayandırmağa çalışıb:
“ABŞ hökumətinə məktub yazdıq və bu məktubda Azərbaycana hərbi yardımın dayandırılmasını tələb etdik. Amma Tramp administrasiyası Azərbaycana yardımı davam etdirir, ondan bu yardımı dayandırmasını istəyirik”.
Əlavə edək ki, ermənipərəst konqresmen Ermənistana səfəri çərçivəsində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də gəlib. İrəvanda Baş nazir Nikol Paşinyanla görüşən Frak Pallone buna görə ondan təşəkkür alıb.
Onu da qeyd edək ki, Pallonenin Ermənistana səfər xərclərini ANCA ödəyib.