"Amnesty International": İranda ən azı 208 nəfər həyatını itirib

3-12-2019, 00:07           
"Amnesty International": İranda ən azı 208 nəfər həyatını itirib
İranda benzinin qiymətinin artması ilə bağlı baş verən nümayişlərdə ən azı 208 nəfər həlak olub.

KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu “Amnesty International” təşkilatı Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Filip Luther bəyan edib. O, deyib ki, bu təəccüblü rəqəm İran hakimiyyətinin insan həyatına utancverici hörmətsizliyini göstərir. Filip Luther ölümlərdən sorumlu şəxslərin hesab verməli olduqlarını dilə gətirib. “Biz beynəlxalq ictimaiyyəti məsul şəxslərin hesabat verməsinə kömək etməyə çağırırıq. Çünki İran rəsmiləri əvvəlki qanunsuz qətllər və etirazçılara qarşı güc tətbiq etmə ilə bağlı müstəqil, qərəzsiz və effektiv araşdırmalar aparmaq istəmədiklərini nümayiş etdirdilər.”

Açıqlamada nümayişçilərin öldürüldüyü və ölənlərin sayının ən çox olduğu Tehran vilayətində həlak olanların sayının artdığı bildirilir.

İran nümayişlərdə ölənlərin sayına dair açıqlamaları təkzib edir. İranın daxili işlər nazirinin müavini Cemal Orf Amnesty International təşkilatının nümayişlərdə ölənlərin sayı ilə bağlı verdiyi açıqlamanın doğru olmadığını söyləyir. Ölü sayının artıq göstərildiyini iddia edən İranlı məmur ölənlərin sayının Prokurorluq tərəfindən açıqlanacğını bildirb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru